BAKI, 7 iyul. TELEQRAF

Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dunkan Norman "Enerji Yay Məktəbi"nin açılışı çərçivəsində Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və ADA Universitetinin rektoru Hafiz Paşayevlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Dunkan Norman sosial media hesabında paylaşım edib.

"Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və ADA Universitetinin rektoru Hafiz Paşayevlə "Enerji Yay Məktəbi"nin açılışı çərçivəsində təmiz enerjinin daha dayanıqlı gələcəyin qurulmasına necə töhfə verə biləcəyini müzakirə etdik",- o qeyd edib.