Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Hüseyn Cavid prospektində qeydə alınıb.

Bakı şəhər sakini Nina Aleksandrovna Muradova yaşadığı binanın 5-ci mərtəbəsinin eyvanından özünü atıb. Nina Muradova hadisə yerində ölüb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov