BAKI, 4 mart. TELEQRAF

Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini və Azərbaycan-İran Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında telefonla danışığı olub.

Teleraf xəbər verir ki, söhbət zamanı Şahin Mustafayev İslam İnqilabının Ali Rəhbərinin və çox sayda İran vətəndaşının şəhadəti ilə əlaqədar başsağlığı verib.

O, bu ağır itki ilə əlaqədar İran xalqı və dövləti ilə həmrəy olduğunu və onların kədərini bölüşdüyünü ifadə edib.

Telefon danışığı əsnasında həmçinin iki ölkə arasında keçirilmiş Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının son iclasında əldə olunmuş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb və lazımi koordinasiya məsələləri müzakirə edilib.