
Bakıda 54 yaşlı qadın 56 yaşlı digər qadını cəkiclə qətlə yetirib
Teleqraf.com Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verdiyi xəbərə görə, iyunun 17-də A.Mustafayev küçəsində yaşayan 1960-cı il təvəllüdlü Nailə Atayeva yaşadığı evdə şəxsi münasibətlər zəminində Bakı şəhər sakini 1958-ci il təvəllüdlü Lalə Vəliyevanın baş nahiyyəsindən üç dəfə çəkiclə vuraraq qətlə yetirib.
Qətli törətmiş Nailə Atayeva Nəsimi Payon Rayon İdarəsi 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.