Neftçala rayonunda silahlı şəxs məsuliyyətə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, Neftçala rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Məharət İbadov saxlanılıb.

Məharət İbadovun həyətindən “AK-74” markalı silah, 60 ədəd patron və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.

Hacı Zeynalov