BAKI, 5 mart. TELEQRAF
Son 10 gün ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) hərəkətdə olan sərnişin qatarlarına qarşı 5 dəfə daşatma faktı qeydə alınıb.
Qurumdan Teleqraf-a verilən məlumata görə, vandalizm aktları nəticəsində qatarların şüşələrində və gövdə hissəsində çatlar və müxtəlif zədələr yaranıb.
Bildirilib ki, hadisələrə hüquqi qiymət verilməsi və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə araşdırma aparılır.
Qurumdan qeyd edilib ki, atılan hər daş təkcə qatara deyil, həm də qatar heyətinin və sərnişinlərin həyat və sağlamlığına təhlükə yaradır.
ADY vətəndaşları bu cür vandalizm hallarından çəkinməyə və ictimai sərvət olan qatarları qorumağa çağırıb.