BAKI, 5 mart. TELEQRAF

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani kürd separatçı qruplarına sərt xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Ölkənin qərb sərhədlərində bəzi kürd qruplarının fəaliyyətinin aktivləşməsi barədə xəbərləri şərh edən Ə.Laricani Tehranın bu məsələdə güzəştsiz olduğunu bildirib: “Tehranın separatçı qruplara qarşı lütf göstərməyəcəyi açıqdır”.

Şura katibi qeyd edib ki, sözügedən qüvvələr İran daxilində vəziyyətin nəzarətdən çıxacağını gözləməməlidirlər: “Ordu və təhlükəsizlik qüvvələri İranın torpaqlarını və sərhədlərini qətiyyətlə müdafiə edir”.