BAKI, 5 mart. TELEQRAF
İranın Naxçıvana dron hücumu nəticəsində Babək rayon Ç.Babayev adına Şəkərabad kənd tam orta məktəbinin dağıntıya məruz qalmasına dair feyk fotolar yayılıb.
Məsələ ilə bağlı Teleqraf-ın sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən bildirilib ki, PUA orta məktəbin təxminən 500 metr yaxınlığına düşüb, məktəbə isə heç bir ziyan dəyməyib.
"Bir daha xatırlatmaq istəyirik ki, hər hansı dağıntı və ya təlafat yoxdur", - qeyd olunub.
Dərsə davamiyyətə gəlincə, nazirlikdən deyilib ki, yalnız Şəkərabad məktəbində tədris pozulub: "Məktəb hava limanın yaxınlığında yerləşdiyindən bəzi valideynlər təşvişə düşərək övladlarını məktəbdən götürügblər. Digər məktəblərdə tədris ənənəvi qaydada davam etdirilir. Gün ərzində ətraflı açıqlama olacaq".
***
12:30
İranın Naxçıvana dron hücumu nəticəsində Babək rayon Ç.Babayev adına Şəkərabad kənd tam orta məktəbinə ziyan dəyməsinə dair xəbərlərə aydınlıq gətirilib.
Məktəbdən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqətəuyğun deyil, dron məktəb ərazisinə düşməyib, tələfat və ziyan olmayıb.
Hazırda dərslərin ənənəvi formada davam etdiyi qeyd olunub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi də Teleqraf-ın sorğusuna cavab olaraq yayılan xəbərlərin həqiqətəuyğun olmadığı açıqlayıb.