BAKI, 5 mart. TELEQRAF
Sünni İntilektin qlobal iqtisadi təsiri 2040-cı ilə qədər 22 trilyon ABŞ dollar olacağı proqnozlaşdırılır. Analoji hesablamanı Azərbaycan üçün aparsaq, bu 2040-cı ilə qədər təqribən 70 milyard manata yaxın yeni əlavə dəyərin yaradılması deməkdir.
Teleqraf xəbər verir ki, bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumda çıxışı zamanı deyib.
“Bu o deməkdir ki, sənayenin müxtəlif sahələrində Sünni İntilekti tədbiq etməklə həm qənaət edə bilərik, həm səmərəliliyi artıra bilərik, həm də resursları daha səmərəli şəkildə istifadə edə bilərik”.