BAKI, 5 mart. TELEQRAF
Rusiyanın “Russia Today” telekanalının fəaliyyət göstərdiyi Tehranın Brucerdi yaşayış kompleksi bombalanıb.
***
11:27
İranın Qırmızı Aypara Təşkilatı indiyədək ölkənin 174 şəhərində 1300-dən çox hücumun baş verdiyini açıqlayıb.
***
11:09
İran ABŞ və İsrailin köməyi ilə qərb sərhədindən ərazisinə sızmağa çalışan terrorçu qruplara qarşı qabaqlayıcı zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.
“Terrorçu-separatçı qruplar ABŞ və İsrailin dəstəyi ilə ölkənin qərb sərhədlərinə sızmaq, şəhər və sərhəd ərazilərində terror aktları törətmək üçün hərbi vəziyyətdən sui-istifadə etməyi planlaşdırırdılar. Amma Kəşfiyyat Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusunun birgə profilaktik əməliyyatı nəticəsində bu qrupların əhəmiyyətli hissəsi məhv edilib”, - açıqlamada bildirilib.
***
11:00
İsrailin İrana davam edən hava hücumu fonunda Bəndər Abbasda dəniz limanı, Tehran və Sənəndəc şəhərində partlayışlar baş verib.
Məlumata görə, Lorestan əyalətinin mərkəzi Xürrəmabadda da partlayış səsləri eşidilib.
***
10:36
İranın hava hücumundan müdafiə qüvvələri Həmədan əyaləti üzərində İsrail pilotsuz təyyarəsini vurub
***
10:25
Yəzd şəhərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl-Qədir” briqadası, “Sərallah” bölməsi və bir hərbi baza raket zərbələrinə məruz qalıb.
Bəndər Abbas şəhərinin Bəhonər limanı yaxınlığında partlayış baş verib.
***
10:18
Paytaxt Tehranla yanaşı, Kərəc şəhərində də şiddətli parlayışlar barədə məlumat yayılıb.
***
10:12
İsrail Müdafiə Qüvvələri İranın paytaxtı Tehrana qarşı yeni hücum dalğasının başlandığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri Tehrana qarşı yeni zərbə dalğasına başlayıb. Ordu İranın paytaxtının müxtəlif rayonlarındakı infrastruktur obyektlərinə genişmiqyaslı hücumların başlandığını bəyan edir”, - məlumatda qeyd edilib.