BAKI, 5 mart. TELEQRAF
“İqtisadi gündəm siyasi gündəmi qabaqlayır və bu, müsbət haldır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Çünki siyasi gündəmlər iqtisadi gündəmlərə xidmət etmək üçündür və 8 avqust hadisələri iqtisadi əməkdaşlıq üçün kifayət qədər meydan açıb”, - o vurğulayıb.
Baş nazir qeyd edib ki, Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olmasından məmnundur.
Baş nazir ümid etdiyini bildirib ki, yaxın vaxtlarda təkcə Azərbaycandan məhsul idxal olunmayacaq, həm də Ermənistandan da Azərbaycana ixrac həyata keçiriləcək.