Salyan rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Xələc kəndində qeydə alınıb.
Kənd sakini, 1951-ci il təvəllüdlü Davud Səlimov yaşadığı evdə özünü asaraq ölüb. Məlumata görə, Davud Səlimov son vaxtlar xeyli miqdarda borca düşüb. O, imkanı olmadığından borcunu qaytara bilməyib.
Son günlər isə borc sahibləri mərhumun qapısını daha çox döyməyə başlayıb. Belə olan halda evdə də ailə mübahisələri yaranmağa başlayıb.
Davud Səlimov isə çıxış yolunu özünə qəsd etməkdə görüb.
Faktla bağlı Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov