BAKI, 2 may. TELEQRAF

Yaxın illərdə ABŞ-nin nüvə çətirinin əvəzedicisini tapmaq mümkün olmayacaq.

Teleqraf xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful deyib.

Nazir qeyd edib ki, ABŞ-nin nüvə çətirini əvəz etmək yaxın perspektivdə mümkün deyil. Onun sözlərinə görə, belə bir alternativin yaradılması həm də arzuolunan hesab edilmir.