BAKI, 2 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranı Vaşinqtonu qane edən razılaşmaya sövq etmək niyyətində olduqlarını açıqlayıb.
Teleqraf xəbər verir ki, Donald Tramp Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
Tramp bildirib ki, ABŞ bu istiqamətdə ciddi addımlar atır və proses müsbət nəticələr verir:
"Biz bunu həll etməli idik və çox yaxşı iş görürük. Biz qalib gəlirik. Məsələ hərbi qarşıdurma səviyyəsinə çatsaydı belə, bu, artıq dayandırılmış olardı".
Onun sözlərinə görə, İran ABŞ üçün vacib olan razılaşmanı əldə etməyəcək və Vaşinqton bu prosesin düzgün şəkildə həyata keçirilməsini təmin edəcək:
"ABŞ bu məsələdə tələsik qərar verməyəcək. Biz erkən ayrılmayacağıq, əks halda üç ildən sonra problem yenidən ortaya çıxacaq".