Bakının Səbail rayonunda Sağlamlıq Kompleksindən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, Sağlamlıq Kompleksində işləyən Xanım Nəsirovanın və Alisa Cəfərovanın iş otaqlarından, habelə Gülnarə Axundovanın çantasından pul oğurlanıb.

Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Sevgiladə Quliyeva tutulub.

Hacı Zeynalov