Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Elşən Qurbanlı, Bəhruz Rəsulov, Nadir Əlixanov, Kamran Əzizov, Tural Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Elşən Qurbanlı 14 il 6 ay, Kamran Əzizov 14 il 6 ay, Tural Məmmədov 14 il 6 ay, Nadir Əlixanov 13 il, Bəhruz Rəsulov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov