Ağcəbədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com-un xəbərinə görə, rayonun Babək küçəsi, 11 ünvanında yaşayan 1958-ci il təvəllüdlü Ağayev Niyazi Muxtar oğlu ailə münaqişəsi zəminində 1989-cu il təvəllüdlü oğlu Fərhad Ağayevi bıçaqlayıb.

Bıçaq yarası alan Fərhad dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisəni törədən Niyazi Ağayev polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Daşqın Abdullayev