BAKI, 27 yanvar. TELEQRAF
“SOCAR-AQŞ” MMC-nin 54 milyon mənimsəmədə ittiham olunan sabiq baş direktoru Ramin İsayevin məhkəməsi apellyasiya şikayəti üzrə başa çatıb.
Teleqraf xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. İsayev 14 il azadlıqdan məhrumetmə cəzası alıb. Eyni zamanda 4 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilib.
Qeyd edək ki, Ramin İsayev Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.
Daha sonra ona qarşı 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddəsi ilə əlavə ittiham verilib.
İş üzrə 54 milyon manat ziyan müəyyən edilib.
R. İsayevin Harvard Universitetinin məzunu olduğu bildirilir.