
Bakının Nərimanov rayonunda evdən oğurluq edən qadın həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Təbriz küçəsində yaşayan Nəzakət Hacıyevaya məxsus evdən 3600 manat dəyərində qızıl-zinət əşyalarını oğurlanıb. O, evindən oğurluq edilməsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə şikayət edib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Günel Fikrət qızı Həsənquliyeva tutulub.
Hacı Zeynalov