Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Kürdəxanı qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Əli Məmmədov özünü evin həyətindəki yardımçı tikilidə asaraq ölüb.

Əli Məmmədov orta məktəbin 11-ci sinif şagirdi olub.

Hacı Zeynalov