Daşkəsən rayon sakini özünü asaraq intihar edib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Astaf kəndində qeydə alınıb.
On iki yaşlı H.N ana babasına məxsus həyətdə yerləşən mal tövləsində özünü asıb.
İlkin ehtimallara görə, azyaşlı atasının ölümü səbəbindən sarsıntı keçirərək bu addımı atıb.
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma başlanılıb.