Yevlax rayonunda itkin düşən şəxsin meyiti tapılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ötən il dekabrın 27-də Yevlax rayon sakini Novruz Abdullayev itkin düşüb. Onun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Qarabağ kanalının Ağcabədi rayonunun Xocavənd kəndinin ərazisindən keçən hissəsində tapılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov