Bakı sakini Bərdədə narkotiklə tutulub.

Teleqraf.com xəbər verir ki, Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu, Bəcirəvan kəndi ərazisində Bakı şəhəri, Binəqədi rayon sakini Cavadov İlqar Atababa oğlu saxlanılıb.

Həmin şəxsin üzərinə baxış zamanı sellofan torbaya bükülmüş 8 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.