Bakıda ananın 10-15 günlük körpəsini zibil qutusuna atmasının görüntüləri yayılıb.
Teleqraf.com Baku TV-yə istinadən görüntüləri təqdim edir.
Oradakı zibil yeşiklərindən birinin içərisindən 10-15 günlük körpə parçaya bükülmüş halda aşkar edilib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Körpə həkimlərin iştirakı ilə 1 saylı Körpələr Evinə aparılıb.
Uşağın anası S.Qasımova polis əməkdaşları tərəfindən müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib.
Hazırda həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
***
Bakıda zibil yeşiyindən yeni doğulmuş körpə tapılıb.
Teleqraf.com xəbər verir ki, hadisə dünən saat 14 radələrində Sabunçu qəsəbəsi Tatarski küçəsində yerləşən “Oba” marketin yaxınlığında baş verib.
Oradakı zibil yeşiklərindən birinin içərisindən 10-15 günlük körpə parçaya bükülmüş halda aşkar edilib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Körpə həkimlərin iştirakı ilə 1 saylı Körpələr Evinə aparılıb.
İlkin müayinə zamanı körpənin üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib, onun səhhəti normaldır.
Körpənin valideynlərinin müəyyən edilməsi istiqamətində iş aparılır.
Hazırda faktla bağlı Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.
***
Körpəsini zibilliyə atan ana saxlanılıb.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, uşağın anası S.Qasımova polis əməkdaşları tərəfindən müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib.
Hazırda həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Araşdırmalar davam edir.