Sumqayıt şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Çingiz Səfxanov tutulub. Ondan 2 kiloqram 200 qram marixuana götürülüb.

Hacı Zeynalov