Gəncə şəhərində oğurluq edən iki azyaşlı həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də Elçin İsmayılova məxsus aptekdən 1100 manat oğurlamış Gəncə şəhər sakinləri Aleksandr Korolenko və 14 yaşlı iki oğlan (P.N və R.A) tutulublar.

DİN oğurluq edən azyaşlıların adlarını açıqlamayıb.

Hacı Zeynalov