
Neftçala rayonunda ötən il baş verən cinayətin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, ötən il aprelin 8-də rayon ərazisindəki evlərin birindən 3570 manat oğurlanıb.
Neftçala rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fariz Şirəliyev saxlanılıb.