Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun A.Mustafayev küçəsi 3-də yerləşən kafedə Ceyhun Hüseynov bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Zərərçəkənin sözlərinə görə, tanışı Natiq Məmmədovla kafedə yeyib-içən zaman aralarında mübahisə yaranıb.
Nəticədə Natiq Məmmədov pivə içdiyi bokal ilə onun başına bir neçə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.