Bakının Nərimanov rayonunda oğurluq üstündə həbs edilən şəxsin yeni cinayətləri üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, Elçin Rəşidovun ətrafında Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsində araşdırma aparılıb.

Həyata keçirilmiş əməliyyat tədbirləri ilə onun yanvarın 24-də rayon ərazisindəki “Topaz” mərc oyunları məntəqələrininin birindən videokamera, televizor, 2 noutbuk və 50 ədəd lotereya bileti oğurladığı müəyyən edilib.

Qeyd edək ki, Elçin Rəşidov bu il martın 10-da həbs edilib.

İttihama görə, Nərimanov rayon ərazisində fəaliyyət göstərən “Topaz” mərc oyunları məntəqəsindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Hadisə yerinə gələn Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin məntəqədən 85 manat, 6 ədəd televizor, 2 ədəd noutbuk və müşahidə kamerasının yaddaş kartının oğurlandığı müəyyən edilib.

Oğurluğu törətməkdə şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Rəşidov həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.