Gəncə şəhərində qadının bank hesabından oğurluq olub.

Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinə müraciət edən Gəncə şəhər sakini S. H. bank hesabından 791 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.

​Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Əfqan Məmmədov saxlanılıb.

​Faktla bağlı cinayət işi başlanıb.