Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, sentyabrın 5-də rayon ərazisində avtomobildən 1000 manat dəyərində qızıl bilərzik oğurlanması barədə Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Emin Adıgözəlov tutulub.