Bakıda “Məkan” barında adam öldürməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Xəyyam Paşayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə höklm oxunub.

O, Xəyyam Paşayev 19 il cəza alıb.

İttihama görə, 2017-ci il martın 5-də Səbail rayonunda yerləşən “Məkan” barında Xəyyam Paşayev 25 yaşlı Ceyhun Qurbanovu ürəyindən bir bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Məlum olub ki, cinayət saat 05:30-da törədilib. Həmin vaxt barda olan şəxslər arasında mübahisə yaranıb. Mübahisədən sonra Xəyyam Paşayev kafeni tərk edib və bıçaqla qayıdaraq 25 yaşlı Ceyhun Qurbanova bir zərbə endirib. Ceyhun təcili tibbi yardım stansiyasında vəfat edib.

Bildirilir ki, Ceyhun Qurbanovun digər qardaşı 2016-cı ildə yol qəzasında vəfat edib.