Bakını Xətai rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Yusif Əliyev küçəsi ev 1 ünvanında qeydə alınıb.

Naxçıvan sakini, 28 yaşlı Hüseyn Rəhimov özünü asaraq ölüb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov