
Bakıda axtarışda olan şəxslər həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşlarının və keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə axtarışda olan 1979-cu il təvəllüdlü Əli Qəribov və 1976-cı il təvəllüdlü Yeganə Hüseynova tutulub.
Nizami rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 24-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olan 1986-cı il təvəllüdlü Abidin Babayev saxlanılıb.
Hacı Zeynalov