BAKI, 26 avqust. TELEQRAF
“Bitcoin”in qiyməti 78 min dollara düşüb.
Teleqraf xəbər verir ki, hazırda kriptovalyutanın qiyməti 78 min 139 dollardır.
Ötən həftə son üç ilin ən güclü həftəlik qazancını göstərən kriptovalyutanın qiyməti satışların artması səbəbindən 81 min dollar səviyyəsindən aşağı enib. ABŞ-də uzunmüddətli istiqraz alışlarının ikiqat artırılacağı ilə bağlı açıqlamadan sonra “Bitcoin” təxminən 22 faiz dəyər qazanmışdı.
Analitiklərin fikrincə, Yaxın Şərqdə gərginliyin qismən yumşaldılması, neft qiymətlərinin aşağı düşməsi və ABŞ istiqraz gəlirlərinin azalması “Bitcoin”in qiymətindəki rallinin sürətini bir qədər yavaşladıb.