BAKI, 26 avqust. TELEQRAF
Bakının Badamdar qəsəbəsi, Cavidan İbrahimli küçəsində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən 53 nömrəli müntəzəm marşrutun nizamlı fəaliyyəti təmin olunmadığından hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Bu barədə Teleqraf-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, hazırda 53 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi "20-ci Sahə" yaşayış massivi, son dayanacaq məntəqəsi isə Abbas Mirzə Şərifzadə küçəsi (Respublika Klinik Xəstəxanası) olmaqla fəaliyyət göstərir.
Eyni zamanda, vətəndaşların ictimai nəqliyyata əlçatanlığını təmin etmək üçün 3 nömrəli müntəzəm marşrutun Badamdar qəsəbəsində hərəkəti Cavidan İbrahimli küşəsinə ("Atilla" İdman Mərkəzi) kimi təşkil olunur.