BAKI, 24 iyul. TELEQRAF
Azərbaycanın Türkiyəyə yeni təyin olunmuş səfiri Rəşad Aslanov Prezident İlham Əliyevə təşəkkür edib.
Teleqraf xəbər verir ki, bu barədə Rəşad Aslanov sosial media hesabında paylaşım edib.
Diplomat qardaş ölkədə Azərbaycanı təmsil etmək kimi şərəfli və məsuliyyətli vəzifəyə həvalə edildiyinə görə İlham Əliyevə dərin minnətdarlığını bildirib.
O, ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət" prinsipini rəhbər tutaraq göstərilən yüksək etimadı layiqincə doğrultmaq üçün var gücü ilə çalışacağını vurğulayıb.