BAKI, 28 may. TELEQRAF

Pakistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Pakistan Azərbaycan Respublikasının hökumətinə və xalqına ən səmimi təbriklərini çatdırır. Müstəqillik Gününüz mübarək!"- təbrikdə bildirilib.