BAKI, 28 may. TELEQRAF

Rumıniya Azərbaycan ilə enerji və nəqliyyat sahələrində əməkdaşlığı dərinləşdirməkdə qərarlıdır.

Teleqraf xəbər verir ki, bu barədə Rumıniya xarici işlər naziri Oana-Silvia Toiu sosial şəbəkə hesabında bildirib.

O, Azərbaycan hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edərək arzularını çatdırıb:

"Rumıniya güclü ikitərəfli strateji tərəfdaşlığı bir daha təsdiqləyir və bütün sahələrdə, xüsusilə enerji və nəqliyyat istiqamətlərində əməkdaşlığın dərinləşdirilməsinə tam sadiq qalır. "Yaşıl enerji" dəhlizi və "Qara dəniz-Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutu" layihələri regional bağlılığın genişləndirilməsinə strateji töhfədir".