BAKI, 23 may. TELEQRAF

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çindəki kömür mədənində çox sayda insanın həyatını itirməsi və yaralanması ilə nəticələnən faciəvi partlayışla bağlı başsağlığı verib.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabında paylaşım edilib.

"Çinin Şansi əyalətindəki kömür mədənində çox sayda insanın həyatını itirməsi və yaralanması ilə nəticələnən faciəvi partlayış xəbəri bizi dərindən kədərləndirdi. Həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə tam sağalmasını arzulayırıq. Axtarış-xilasetmə işlərinə cəlb olunmuş rəsmi qurumlar və təcili xidmət əməkdaşları ilə həmrəy olduğumuzu bildirir, bu faciədən zərər çəkən hər kəsin kədərini bölüşürük", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, partlayış nəticəsində 82 nəfər həyatını itirib.