BAKI, 19 aprel. TELEQRAF
İtaliya Nazirlər Şurasının sədri Corciya Meloni may-iyun aylarında Azərbaycana səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə "Euronews"un məqaləsində qeyd olunub.
C.Meloninin Roma ilə Bakı arasında siyasi dialoqu davam etdirmək və enerji əməkdaşlığını gücləndirmək üçün yaxın həftələrdə ölkəmizdə səfərdə olacağı bildirilib.
Məqalədə Meloninin Azərbaycana səfərinin ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində daha bir addım olacağı vurğulanıb.
Məlumata görə, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazının tədarükü Roma və Bakı arasındakı münasibətlərin əsas sütunu olaraq qalır.