BAKI, 5 mart. TELEQRAF
Bolqarıstan İranın Azərbaycanın Naxçıvan hava limanına və Şıxərabad kəndinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirməsini kəskin pisləyib.
Teleqraf xəbər verir ki, bu barədə Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanov ölkəsinin milli bayramı münasibətilə təşkil olunan rəsmi qəbulda bildirib.
Səfir çıxışı zamanı İranın bu gün həyata keçirdiyi hücumlara münasibətini ifadə edərək hadisədən sarsıldığını qeyd edib:
“İranlıların bu gün Naxçıvan hava limanına və Şıxərabad kəndinə zərbə endirməsindən dərin hiddət hissi keçirirəm. Yaralanan mülki şəxslərin ailələrinə səmimi həmrəyliyimi bildirirəm. Bolqarıstan bu addımı qətiyyətlə pisləyir və bu məsələdə prinsipial mövqedə dayanır”.