BAKI, 2 mart. TELEQRAF

Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Teleqraf xəbər verir ki, diplomat bu barədə özünün sosial media hesabında paylaşım edib.

Səfir Yaxın Şərqdəki hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq Fransa vətəndaşına göstərilən effektiv köməyi yüksək qiymətləndirib.

"Fransa vətəndaşına göstərdikləri çox effektiv və sürətli köməyə görə Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür edirəm",- o qeyd edib.

Xatırladaq ki, bu gün İrandan Azərbaycana bir nəfər Fransa vətəndaşı təxliyə edilib.