BAKI, 8 dekabr. TELEQRAF
"Azərbaycan Prezidentini İranda görməyi səbirsizliklə gözləyirik".
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi bu gün Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyev dəyərli vaxtını ayırıb bizi qəbul etdi, faydalı söhbətlər apardıq. Azərbaycanla İran arasında danışıqlar hər zaman mehriban və dostcasına olub. Qarşılıqlı səfərlərin daha da artmasını arzulayırıq. Cənab Pezeşkianın Azərbaycana iki səfəri olub. Biz məmnuniyyətlə cənab İlham Əliyevi Tehranda qarşılamağa hazırıq", - nazir qeyd edib.