BAKI, 21 noyabr. TELEQRAF
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker sosial media hesabında Azərbaycana səfəri ilə bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki, paylaşımda deyilir:
"Bakıya ilk səfərimdən qayıdıram. Burada bölgədə sülh və rifahın təmin edilməsi üzrə ABŞ Prezidenti Donald Trampın səylərini irəli aparmaq imkanlarını müzakirə etmək üçün Ceyhun Bayramov və Hikmət Hacıyev ilə səmərəli görüşlər keçirdim.
ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının əsasını qoymaq və "WTDC25"-də ABŞ-nin qəbul mərasiminə ev sahibliyi etmək mənim üçün böyük şərəf idi.
Doreen Bogdan-Martin Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi kimi misilsiz təcrübəyə malikdir və biz onun yenidən seçilməsi üçün dəstəyimizi məmnuniyyətlə bildiririk".