BAKI, 30 oktyabr. TELEQRAF

Fransanın xarici işlər naziri Jan-Noel Barro ölkəsinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına tam dəstəyini bir daha ifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

O bildirib ki, Vaşinqtonda 8 avqustda keçirilmiş sammitdən sonra yaranmış müsbət dinamizm davam etdirilməlidir.

"Nazir vurğulayıb ki, regional əlaqələrin bərpası və sərhədlərin açılması Cənubi Qafqazın sülh və firavanlıq regionuna çevrilməsinə xidmət edəcək. Bu prosesin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət çərçivəsində həyata keçirilməsinin vacibliyi qeyd olunub. Jan-Noel Barro xüsusilə Azərbaycanın Ermənistana göndərilən malların tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırması qərarını alqışlayıb", - məlumatda qeyd edilib.