BAKI, 23 avqust. TELEQRAF
Ukrayna üçün təhlükəsizlik təminatı layihəsi gələn həftənin əvvəlində hazır ola bilər və bundan sonra “siyasi yolda” iş başlaya bilər.
Teleqraf xəbər verir ki, bunu Volodimir Zelenski ilə Donald Tramp arasında keçirilən görüşdə Kiyev nümayəndə heyətinin tərkibində olan Ukrayna Xarici İşlər Nazirliyi rəhbərinin müavini Sergey Kislitsa "NBC News"a müsahibəsində deyib.
"Əgər təhlükəsizlik zəmanətlərindən danışırıqsa, bu, çox vacib və mürəkkəb məsələdir. Ukrayna üçün təhlükəsizlik təminatı paketinin yekun layihəsini hazırlamağa ən azı bir həftə vaxt lazımdır. İdeal olaraq, gələn həftə ilk layihəni hazırlaya bilərik və bundan sonra rəhbərlik siyasi tərəfdən bu sənəd üzərində necə işləyəcəyimizə qərar verməlidir", - Seygey Kislitsa bildirib.