BAKI, 5 iyun. TELEQRAF
Oktyabrın 9-u və 10-u tarixlərində Tacikistanın paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) iki ali orqanının iclasları keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə MDB-nin Baş katibi Sergey Lebedev bildirib.
“Oktyabrın 9-u MDB ölkələrinin xarici işlər nazirlərinin iclası olacaq və bu tədbir Tacikistanın sədrliyi ilə keçiriləcək. Oktyabrın 10-u isə MDB ölkələrinin dövlət başçılarının görüşü nəzərdə tutulub", - o qeyd edib.