BAKI, 24 may. TELEQRAF

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.

Teleqraf xəbər verir ki, məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.

Nazirlər arasında Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub. Mövcud strateji əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilərək, gələcək təmaslar üzrə planlar nəzərdən keçirilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

20.31

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla telefonda danışıb.

Teleqraf xəbər verir ki, məlumat Pakistan Xarici İşlər Nazirlyinin sosial şəbəkə hesabında yayılıb.

Onlar ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Bundan başqa, söhbət zamanı Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana gözlənilən səfəri də müzakirə predmeti də olub.