BAKI, 18 may. TELEQRAF
Bu gün Tehranda İran Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Tehran Dialoq Forumu (TDF) işə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın rəsmi İRNA agentliyi məlumat yayıb.
Forumda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edir.
“Regional və beynəlxalq konsensus və inteqrasiya üçün dialoqlar” mövzusu ilə keçirilən forumda 53 ölkədən yüksək səviyyəli rəsmilər və BMT nümayəndələrinin də daxil olduğu 200-dən çox nümayəndə heyəti iştirak edir.
Tədbirdə əsas müzakirə mövzuları sırasında sanksiyaların azaldılması ilə bağlı danışıqlar, nüvə və digər kütləvi qırğın silahları ilə bağlı məsələlər yer alır.
Qeyd edək ki, Tehran Dialoq Forumu iki gün davam edəcək.